Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


07.12.2017  19:57 

QHT Şurası qrant müsabiqəsini elan etdi





A+  A-

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsi haqqında məsələni diqqətə çatdırıb. Gündəlik yekdilliklə təsdiq olunub.
XəzərNews.az xəbər verir ki, Vüsal Quliyev ölkəmizdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi, ümumilikdə korrupsiyaya qarşı mübarizə sahəsində davamlı olaraq uğurla həyata keçirilən dövlət strategiyasının mövcud olduğunu deyib. Şura sədrinin müavini bildirib ki, cənab prezident İlham Əliyevin sərəncamı ilə 5 aprel 2017-ci ildə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılması bir daha Azərbaycanın hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəklədiyini və müvafiq standartların tətbiqini uğurla davam etdirmək əzmində olduğunu göstərir. Bu baxımdan Hasilat Sənayesində Şəffaflıq”(HSŞ)proseslərində vətəndaş cəmiyyəti institutlarının da yaxından iştirakı vacibdir.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə uyğun olaraq “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin şərt və qaydaları barədə ətraflı məlumat verib.

Şura üzvləri Sahib Məmmədov, Rufiz Qonaqov, Anar Xəlilov və Nərgiz Xələf çıxış edərək qrant müsabiqəsinin mövzuları, qayda və şərtləri ilə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin elan edilməsi ilə bağlı qərar qəbul edilib. QHT-lər müsabiqənin mövzuları, həmçinin şərt və qaydaları haqqında məlumatlarla Şuranın www.qhtxeber.az, www.e-qht və www.cssn.gov.az saytları vasitəsi ilə tanış ola bilərlər.

Xəbər 1612 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +