Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


05.04.2017  16:19 

Mədəniyyət və Turizm Nazirliyindən QHT-lərə şad xəbər





A+  A-

Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün ikinci müsabiqə elan edib.
XəzərNews.az nazirliyə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları 2017-ci ilin may ayının 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə təqdim etməlidir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
Tədbirin keçiriləcəyi yer və tarix;
Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
Ünvan:
AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Qeyri-hökumət təşkilatları ilə iş sektoru.

Xəbər 2113 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +