Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?


20.10.2022  16:21 

ATƏT Ermənistan üçün sadəcə saman çöpüdür!





A+  A-

Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədinə missiyası yetməmiş kimi Ermənistan adı gurultulu səslənən, lakin fəaiyyəti ilə heç bir nəticə əldə edə bilməyən ATƏT-i də birtərfli təşəbbüslə ölkəsinə dəvət edir.

Dənizin ortasında boğulmaq üzrə olan Ermənistan “ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan bu bir qrup şəxsdən - saman çöpündən yapışır.

Zatən, Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifini qəbul etməklə Ermənistan böyük bir qələt etmişdi. İndi isə düşünür ki, ATƏT-i də bu məsələyə cəlb etməklə özünə daha çox tərəfdar - "beynəlxalq dəstək" toplayar.

Lakin ATƏT-in nə mal olduğu artıq bütün dünyaya bəllidir. Bu təşkilat bu vaxtadək məşğul olduğu heç bir məsələni həll edə bilməyib. 30 il ərzində keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul oldu. Nəticəsi bəllidir! 2014-cü ildən etibarən (Krımın işğalı) Ukraynada münaqişənin həlli ilə məşğu oldu, onun da nəticəsi göz önündədir - Ukrayna haradasa məhv olmaq üzrədir!

İndi belə bir missiyadan mədət ummaq olarmı, ay Ermənistan?!

Əslində, hər ikinizin niyyəti Azərbaycana gün kimi aydındır. Amma yeməzlər. Çünki Azərbaycan nə səni, nə də ATƏT-i ciddi bir dövlət və ya qurum kimi qəbul etmir artıq. Yaxşısı budur "Dəmir Yumruğu" unutma!

Elgün Mənsimov

Xəbər 1104 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +