Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı


17.11.2020  16:24 

Mövsümü gəlsə də, Bakıda binalara istilik verilmir





A+  A-

Noyabrın 15-dən etibarən mərkəzləşdirilmiş istilik sistemi işə salınmalı olsa da, hələ də Bakının bəzi ərazilərində yerləşən binalara istilik verilməyib. Hava şəraitinin kifayət qədər soyuq keçməsini, bir tərəfdən də müxtəlif respirator infeksiyaların artdığını nəzərə alsaq, vəziyyətin nə qədər acınacaqlı olduğu ortaya çıxır.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq Bakı sakinləri istilik problemi ilə əlaqədar kütləvi şəkildə “Azəristiliktəchizat” ASC-nin qapısını döyməyə başlayıblar. Əlləri hər yerdən üzülən insanlar qurumun qeyri-aktiv olan feysbuk hesabında ümid axtarırlar.

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yaşayan Almaz Yusifli hələ də istiliyin verilmədiyindən şikayətçidir:

“Elxan Həsənov küçəsində hələ də qazanxana işə salınmayıb. Qış qapıdadır, bu soyuqda bina evində necə isinək? Onsuz da, karantin insanları çətin vəziyyətə salıb, bir tərəfdən də bu dərd…”, - deyə sakin gileylənib.

Binəqədi sakini Elnarə Abdullayeva da Biləcəri qəsəbəsinə istiliyin verilmədiyini bildirib. Onun sözlərinə görə, şikayətlə bağlı nə “Çağrı mərkəzi”nə, nə də əlaqə nömrələrinə düşmək mümkün deyil.

Sakinlərin şikayətlərindən aydın olur ki, paytaxtın əksər rayonları eyni vəziyyətdədir. Xüsusən, Binəqədi, Yasamal, Nizami, Nərimanov, Suraxanı rayonlarından istiliklə bağlı xeyli sayda şikayət var.

Yaranmış problemlə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyevlə gün ərzində əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmədik. Həmçinin qurumun rayonlar üzrə İstilik Sistemləri İstismar Sahələrinin əlaqə nömrələri də ya işləmirdi, ya da telefonlara cavab vermirdi.

Xatırladaq ki, hazırda “Azəristiliktəchizat” ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir. Binalara istilik abunə haqqı əsasında verilir. İstiliyin verilib-verilməməsindən asılı olmayaraq, 15 noyabr-15 aprel tarixləri üçün ödəniş toplanır.


Xəbər 2570 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +