“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


08.11.2019  12:10 

AFFA-nın binasında növbəti yumruq davası





A+  A-

"Boz bina”da növbəti dəfə yumruqlar işə düşüb. Nobel prospektində yerləşən inzibati binada ilk belə hal deyil.
XəzərNews.az bildirir ki, Sport7.az bir müddət əvvəl oxuculara sabiq hakimlər arasında düşən davadan məlumat vermişdi. Bu dəfəki qalmaqal isə məşqçi kurslarında yaşanıb. Dava ilə ilə bağlı məlumatı "Sportinfo.az” saytı yayıb.

Məlumatda qeyd olunur ki, AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşqçi kursunun II modulu keçirilir. Kursda 8 məşqçi iştirak edir. İlk kurs Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və İlkin Hüseynovun rəhbərliyi altında Belarusun paytaxtı Minskdə təşkil olunub.

Məşqçilər bu modulda UEFA-nın tələblərinə əsasən, Belarusda təşkil olunan 17 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsinin oyunlarını analiz edib. Kursun növbəti modulu hazırda Bakıda keçirilir. Son seminarda əsl qalmaqal baş verib. Belə ki, kateqoriya almaq istəyənlər arasında yer alan Zaur Ramazanovla Osman Rəhimovun sözü çəp gəlib.

Sonuncu millinin sabiq üzvünə Belarus səfəriylə bağlı irad tutub. Demə, Ramazanov Minskdə olarkən oyunları izləməkdən imtina eləyib və stadiona getməyib. Bu dəfə isə ondan həmin qarşılaşmalarla bağlı hesabat yazması istənilib.

Zaur isə yazı-pozuyla arasının olmadığını deyərək, tələbi yerinə yetirməyib. Belədə Rəhimov onunla sərt dillə danışmağa başlayıb ki, bu da veteran futbolçunu özündən çıxarıb.

Təlimatçı ona "sən B kateqoriyasını necə almısan, mən hələ də baş açmıram. Heç adını yaza bilmirsən, imtahandan da keçməmisən" deyincə, aldığı cavab bu olub: "Elxan Məmmədov mənə deyib ki, get, otur orda, başqa işin olmasın. İndi sən kimsən ki, mənimlə belə danışırsan".

Mübahisə əlbəyaxa dava səviyyəsinə qalxıb. Aslan Kərimov və digərləri bir-birlərini təhqir edən və vurmaq istəyən tərəfləri güclə sakitləşdirib və günlük seminara vaxtından əvvəl yekun vurulub.

Xəbər 1727 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +