“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


23.05.2018  21:38 

Direktor məşhur müəllimi polisə şikayət etdi





A+  A-

Sosial fəaliyyəti ilə məşhurlaşan Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi Həbib Əlizadə həmin məktəbin direktoru Ziyafəddin Cavadov tərəfindən polisə şikayət edilib.
Bu barədə XəzərNews.az-a H.Əlizadə özü məlumat verib:

“Bir neçə saat bundan öncə Lənkəran şəhər Polis Şöbəsindən mənə zəng edildi və haqqımda məktəb direktoru tərəfindən təqdimat verilərək şikayət edildiyi bildirildi. Mən şok oldum. Səbəbini soruşdum. Dedilər ki, uşaqları icazəsiz Bakıya ekskursiyaya aparırsan”.

H.Əlizadə əslində məsələnin tam fərqli olduğunu və ona iftira atıldığını söyləyib:

“Şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi, gəzinti olacaqdı. Əks halda gəzinti olmayacaqdı. Bu sadəcə hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsinizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar. Özləri isə əsla tarixi ekskursiya təşkil etməyiblər”.

O, məktəbdə direktor tərəfindən arzuolunmaz şəxs elan edildiyini də sözlərinə əlavə edib:

“Məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar haqda çox vaxt yazmazdım. Mümkün qədər həllinə çalışardıq. Direktordan şəxsim üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə arzuolunmaz müəllim elan olunmuşam. Fikrimcə, artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki direktorun özünə belə işlərinə görə şəxsən kömək etmişəm. İndi isə direktor mənə iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə yazılmayıb. Sabah isə 11:30-da Lənkəran polis şöbəsində olacam”.

Qeyd edək ki, məsələ ilə bağlı Ziyafəddin Cavadovun da mövqeyini öyrənməyə çalışsaq da, direktor suallarımıza cavab vermədi:

“Mən bu barədə heç nə danışmaq istəmirəm. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm, onlar araşdıracaqlar”.

Xəbər 1207 dəfə oxunub.



23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +