“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


19.02.2025  13:11 

Tural Sadıqlının həyat yoldaşı Almaniya səfirinə müraciət etdi





A+  A-

“Söyüş müxalifəti”nin nümayəndələrindən olan “Youtube”də “Azad söz” kanalının aparıcı Tural Sadıqlının keçmiş həyat yoldaşı, hazırda Rusiya Federasiyasında Şəlalə Məmmədovanı ölümlə hədələyib.

XəzərNews.az Publika.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə Tural Sadıqlının Şəlalə Məmmədova ilə yazışmaları yayılıb.

T.Sadıqlı Ş.Məmmədovanı səs yazısını yaymaqda ittiham edir. Ondan tələb edir ki, yayılan səs yazısının yalan olduğu haqda açıqlama versin. İkinci bundan imtina etdiyi üçün T.Sadıqlı “səni öldürəcəm” deyə onu hədələyir.

T.Sadıqlının yayılan səs yazısında Ş.Məmmədovaya qarşı zorakılıq etdiyi əksini tapır. Bu səs yazısı T.Sadıqlı və Ş.Məmmədova Almaniyada birlikdə yaşadığı vaxt qeydə alınıb. Daha sonra onlar boşansa da, T.Sadıqlı keçmiş həyat yoldaşına qarşı psixoloji və mənəvi zorakılığı, eləcə də şantajı davam etdirib. Hətta 7 yaşlı qızlarını anasının əlindən alacağı ilə hədələyib.

Ş.Məmmədova T.Sadıqlının onu hədələməsinə dair şəkilləri, eləcə də əməlləri barədə etdiyi şikayəti bir sıra mətbuat orqanlarına göndərərək ictimailəşdirib. T.Sadıqlı isə Şəlalə Məmmədovaya təzyiq göstərərək Almaniya Prokorurluğuna edilən şikayəti geri çəkməyi tələb edib. Həmçinin, ifşa olunmasından narahat olan T.Sadıqlı Ş.Məmmədovanı təkzib verməyəciyi təqdirdə ölümlə hədələyir.

Zorakılığa və təqibə məruz qalan Ş.Məmmədova isə Almaniyanın Rusiyadakı səfirliyinə T.Sadıqlı ilə bağlı müraciət edib. Almaniya səfiri Aleksandr Qraf Lambsdorfa ünvanlanan müraciətdə Ş.Məmmədova bildirir ki, hazırda Almaniyada yaşayan və onu təqib edən keçmiş həyat yoldaşı Turalı Sadıqlı ilə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsini xahiş edir.

Müraciətdə qeyd olunur ki, T.Sadıqlı həyat yoldaşı Ş.Məmmədova ilə Almaniyada birlikdə yaşadığı müddətdə ona qarşı ona qarşı fiziki və psixoloji təzyiqlər törədib. Ş.Məmmədova hamilə olduğu vaxt da T.Sadıqlı tərəfindən zorakılığa məruz qalıb. Buna görə o, T.Sadıqlıdan qaçaraq, Almaniyanı tərk etmək məcburiyyətində qalıb. Ş.Məmmədova faktiki olaraq, T.Sadıqlıdan ayrılsa da, qarşı tərəf psixoloji və mənəvi zorakılığını davam etdirir. T.Sadıqlı hətta 7 yaşlı qızları Aylinə qarşı da analoji hərəkətləri edir.

Ş.Məmmədova müraciətində qeyd edir: “Azyaşlı uşağa münasibətdə sistematik telefon zəngləri edir, psixoloji təzyiq göstərir, hədə-qorxu gəlir, aliment öhdəliklərini yerinə yetirməkdən bilərəkdən yayınır”.

Ş.Məmmədova səfir Aleksandr Qraf Lambsdorfdan hazırda Almaniyada yaşayan Tural Sadıqlının qeyri-qanuni əməllərinə son qoyulmasına kömək etməyi xahiş edir.

“Mövcud qanunvericiliyin və beynəlxalq hüquqi aktların normalarını rəhbər tutaraq, bu ərizəyə qanunla müəyyən edilmiş qaydada dərhal prosessual baxılmasını və Sadıqlı Tural Əlövsət oğlu tərəfindən növbəti qanunsuz hərəkətlərin qarşısının alınmasına yönəlmiş təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirəm. Ona qarşı qanunvericiliklə nəzərdə tutulmuş məhdudlaşdırıcı və qoruyucu tədbirlərin görülməsini, o cümlədən hər-hansı təmas və təqiblərə qadağa qoyulmasını, hədələrin və psixoloji təzyiqlərin qarşısının alınmasına yönəlmiş digər hüquqi mexanizmlərin tətbiq edilməsini xahiş edirəm. Mənə və övladıma qarşı törədilmiş cinayətlərə görə təqsirkar şəxsin hüquqi məsuliyyətə cəlb edilməsi proseduruna başlanılmasını zəruri hesab edirəm”, - Ş. Məmmədova müraciətində qeyd edir.





Xəbər 2229 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +