İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


21.01.2019  16:53 

Bağlanan bankların rəhbərləri barəsində araşdırma başladı





A+  A-

Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 2 milyard manata yaxınlaşır. Bir tərəfdən geridönüşü olmayan kerditlərin artması, digər tərəfdən də bəzi bankların ləğvi vəziyyəti daha da çıxılmaz hala gətirib. Bugünədək Əmanətlərin Sığortalanması Fondunun əmanətçilərinə kompensasiya ödədiyi və ləğv prosesində olan 13 bank var. Fond 13 bankın əmanətçilərinə 824 milyon manat kompensasiya ödəyib.
XəzərNews.az-a daxil olan məlumata görə, əslində banklardakı problemlərin artmasının səbəbi geridönüşü olmayan kreditlər deyil, vaxtilə banklara rəhbərlik etmiş şəxslərin şəxsi istifadə üçün götürdükləri kreditlərdir. Məsələ burasındadır ki, bank rəhbərləri özlərinə aldıqları daşınar və daşınmaz əmlak üçün ayrı-ayrı şxəslərin adına kreditlər götürüb. Banklar bağlandıqdan sonra isə kerditi ödəməkdən imtina ediblər. Kreditlər isə adı rəsmiləşdirilən vətəndaşın boynunda qalıb.

Hüquq-mühafizə orqanlarından XəzərNews.az-a verilən məlumata görə, hazırda ləğv prosesində olan banklarla bağlı ciddi araşdırmalar aparılır və yaxın günlərdə bu məsələlərin nəticəsi olaraq cinayət işinin başlanacağı gözlənilir.

Xatırladaq ki, ləğv prosesində olan banklar aşağıdakılardır:

“Royalbank” ASC

“Yunayted Kredit Bank” ASC

“Bank of Azerbaijan” ASC

“Gəncəbank”

“Texnikabank” ASC

“Parabank” ASC

“Zaminbank” ASC

“Kredobank” ASC

“Dekabank” ASC

“Atrabank” ASC

“Qafqaz İnkişaf Bankı” ASC

“Bank Standard”

“Dəmirbank” ASC

Xəbər 1343 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +