Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.01.2025  12:44 

Mir Heydər İsmayılov yenidən həbs edildi





A+  A-

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun ötən həftə ev dustaqlığına buraxılmış oğlu Mir Heydər İsmayılov yenidən həbs edilib.

Bakı Apellyasiya Məhkəməsi zərərçəkmişlərin şikayəti əsasında belə qərar qəbul edib.

Hakim dəymiş ziyanın tam ödənilmədiyini, zərərçəkmişlərlə barışıq əldə edilmədiyini əvvəlki qərarın ləğvi üçün əsaslar hesab edib.

Təqsirləndirilən İsmayılovun vəkili Orxan Zeynalov isə şikayətə etiraz edib. O, müvəkkilinin ağır xəstəlikdən əziyyət çəkdiyini və təqsirinin sübuta yetirilmədiyini deyib.

Hakim Elbəy Allahverdiyev tərəfləri dinlədikdən sonra Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın qərarını əsassız sayıb.

Mir Heydər İsmayılov barəsində təkrar həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verərək onların 810 min manatını ələ keçirməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. İsmayılov əvvəl həbs edilsə də, bir müddət sonra ev dustaqlığına buraxılıb./Qafqazinfo

Xəbər 2248 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +