Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


11.01.2023  16:03 

Məmular niyə birinci öz övladlarının yolunu açırlar?





A+  A-

Həmişə belə olub: Təmiz dağ havası udan, səhər-axşam nehrə yağıyla, çiçək balıyla qidalanan lerikli Şirəli müəllimi 65 yaşı tamam olduğu gün zorla təqaüdə göndərib 82 yaşlı Ramiz Mehdiyevi Akademiya kimi nəhəng bir quruma rəhbər seçmişik...

Nə vaxt "gənclərə yol verək" demişiksə, məmular birinci öz övladlarının yolunu açıblar...

Qoca məmurun gənc məmurla əvəzlənməsi atanın oğulla əvəzlənməsi kimi başa düşülüb...

Belə olmasaydı, Ramiz Mehdiyevin, Vasif Talıbovun övladları 35-38 yaşlarında general rütbəsinə sahiblənməzdilər.

Belə olmasaydı, 35-40 il kitabxanalarda toz udan zavallı alimlər dekan vəzifəsinə həsrət qaldığı halda Seymur Talıbov 30 yaşında prorektor kürsüsünə sahib çıxmazdı.

Dünən öyrənmişəm ki, bu adamların təkcə övladları deyil, anaları, qayınanaları da "vazkeçilməz" kadrlardır.

Sən demə Vasif Talıbovun 80 yaşlı qayınanası Sənufər Sultanova Naxçıvan Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin müdiri vəzifəsində çalışırmış. Kürəkəni istefa verəndən sonra o da acığa düşüb işdən çıxmaq barədə könüllü ərizə yazıb.

Yəqin ki, yaxın günlərdə Vasif Talıbovun Naxçıvan rayonlarının birində Gənclər və idman idarəsinin rəisi işləyən 90 yaşlı qohumunun da istefa verdiyini eşidəcəyik.

Anam sertifikasiya imtahanında 100 mümkün baldan 82 toplasa da, 65 yaşı tamam olan kimi zorla işdən çıxardılar. Ki, indi dövran gənclərindir.

Amma qohumlarımın arasınada yaxşı təhsil almış, 22-23 yaşları olmasına rəğmən ən azı iki dildə sərbəst danışa bilən gənclər var ki, Talıbovun qayınanasının müdir olduğu həmin idarədə kiçik mütəxəssis vəzifəsinə də düzələ bilmir.

Bir neçə il əvvəl ustad Aydın Can yazmışdı ki, Əhəd Abıyevin qohumlarının yarısını vəzifədən çıxarmaqla cənub bölgəsində işsizlik problemini qismən həll etmək mümkündür.

Mən isə bu fikirdəyəm ki, Vasif Talıbovun tanışlıqla, şəxsi münasibətlər hesabına vəzifə tutan qohumlarının hamısını işdən çıxarmaqla Naxçıvanda işsizlik problemini tamamilə həll etmək mümkündür.

Deyəsən, hökumətimiz bu yolu tutub..

Seymur VERDİZADƏ
Yenisabah.az


Xəbər 1067 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +