Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


03.10.2021  10:55 

Başçı ilə deputat dalaşıbmı?





A+  A-

Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2011—2016-cı illərdə) Tahir Kərimovla həmin dövrdə rayonun deputatı olmuş Əliağa Hüseynov barəsində sensasion məlumat yayılıb.

XəzərNews xəbər verir ki, Salyan şəhər sakinlərindən Demokrat.az-a daxil olan məlumata görə, 2012-ci ildə Salyanın icra başçısı ilə deputatı əlbəyaxa olublar. Hadisə Salyan şəhərində yerləşən "Gölüstü" restoranında baş verib.

Hadisəyə şahidlik etdiyini iddia edən sakin bildirib ki, həmin vaxtı icra başçısı Tahir Kərimov xidməti avtomobilində gəzdirdiyi silahı Salyanın deputatı olan Əliağa Hüseynovun üzərinə çəkib. Bu zaman restoranda olan Salyanın prokuror müavini tərəfləri sakitləşdirməyə çalışıb.

Hadisə şahidlərinin sözlərinə görə, davaya səbəb Tahir Kərimovun Əliağa Hüseynovdan mütəmadi olaraq pul istəməsi olub.

Məsələ ilə bağlı Əliağa Hüseynov Demokrat.az-a qısa açıqlamasında hadisənin olduğunu təkzib edib.

O, belə bir hadisənin yaşanmadığını söyləyib.

Xəbər 2063 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +