Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


11.05.2020  16:12 

Buraxılış imtahanları ilk olaraq bu bölgələrdə keçiriləcək





A+  A-

Buraxılış imtahanlarının keçirilməsinə pandemiya ilə bağlı vəziyyətin daha yaxşı olduğu bölgələrdən başlanacaq.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.

Onun sözlərinə görə, buraxılış imtahanları keçirilən zaman bölgələrdəki epidemioloji vəziyyət nəzərə alınacaq və onun əsasında imtahanların keçirilmə ardıcıllığı müəyyən ediləcək.

Bu il 11-ci sinif şagirdləri üçün buraxılış imtahanının ötən illərdə olduğu kimi bir mərhələdə keçiriləcəyini deyən N.Hüseynovanın sözlərinə görə, buraxılış imtahanının iyundan keçirilməyə başlanılması planlaşdırılır:

“İmtahanların dəqiq tarixlərini indidən söyləmək mümkün olmayacaq. Çünki bu tarixlərin müəyyən edilməsi sırf Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarından asılıdır. Pandemiya ilə bağlı vəziyyət hansı bölgədə daha stabil, yaxşı olsa, imtahanların həmin bölgələrdən keçirilməsinə başlanılacaq. Məsələn, hazırda Gəncə və Lənkəranda koronavirusa yoluxma ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Ona görə də həmin bölgələrdə imtahanlar yəqin ki, ən axırıncı mərhələdə keçiriləcək. Bakı şəhəri də 11-ci sinif buraxılış imtahanının keçirilməsinə görə ərazilər üzrə bölünəcək. Yasamal rayonunda koronavirusla bağlı vəziyyət bir o qədər ürəkaçan deyil. Ona görə də Yasamal rayonunda buraxılış imtahanlarının iyunun sonunda keçirilməsi planlaşdırılır”.

Xəbər 1113 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +