Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


23.01.2020  12:27 

Fəhlənin ölümünə görə şadlıq sarayının rəhbəri həbs edildi





A+  A-

Şadlıq evində baş verən ölüm hadisəsi ilə bağlı sahibkar həbs edilib.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, yanvarın 20-də Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü Rəşid Məmmədovun Xaçmaz şəhərində yerləşən “Aygün” şadlıq sarayında hündürlükdən yıxılaraq vəfat etməsi barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış istintaqla fərdi sahibkarlıq fəaliyyəti məşğul olan 1960-cı il təvəllüdlü Bəxtiyar Əmrahovun müqavilə əsasında icarəyə götürdüyü həmin şadlıq sarayının təhlükəsizlik qaydalarına riayət etməsi cavabdehliyini öz öhdəsinə götürməklə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq əmək müqaviləsi ilə fəhlə kimi işə götürülmüş Rəşid Məmmədovun həmin qaydaları pozaraq elektrik lampalarını yenisi ilə əvəz etdiyi çilçıraqları sarayın asma tavanına taxta nərdivanla qalxmasına qadağa qoymamasına və sonuncunun ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq vəfatına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Bəxtiyar Əmrahova Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 1849 dəfə oxunub.



14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +