Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


27.10.2023  16:52 

ƏƏSMN naziri Mingəçevir və Yevlax rayonlarının sakinləri ilə görüşüb





A+  A-

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mingəçevir şəhərində həmin şəhərin və Yevlax rayonunun sakinlərini qəbul edib.

Xəzərnews.az xəbər verir ki, qəbuldan əvvəl Sahil Babayev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əlillik və ünvanlı dövlət sosial yardımı, mənzil təminatı, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar.





Xəbər 934 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +