Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


04.04.2025  18:50 

Adəm Məmmədov azadlığa çıxmaq istəyir





A+  A-

Vəkillik fəaliyyəti dayandırılmış və həbs edilmiş Adəm Məmmədov azadlığa çıxmaq istəyir.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barələrində çıxarılmış hökmdən apellyasiya şikayəti veriblər.

Məmmədov qardaşları barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.

Ceyhun Yusifov da apellyasiya şikayəti verərək Məmmədov qardaşlarının cəzasının ağırlaşdırılmasını istəyib.

Ceyhun Yusifovun vəkili Asim Abbasov apellyasiya şikayəti verib.

Apellyasiya şikayətlərinə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, Adəm Məmmədov və qardaşından şikayətçi vəkil Ceyhun Yusifov olub. Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.

Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 6 ay müddətə islah işləri cəzası verilib.

Xatırladaq ki, Ceyhun Yusifovun həyat yoldaşını bıçaqlaması ilə bağlı Adəm Məmmədovun qardaşının təsisiçisi olduğu saytda məlumat yer almışdı. Ceyhun Yusifov bu məlumatların yalan və böhtan olduğunu bildirərək məhkəməyə üz tutmuşdu.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə dayandırılıb.

Xəbər 3188 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +