Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


02.11.2022  20:09 

Azərbaycandan İrana əzələ nümayişi... - “Yaşma“ sərhəddə





A+  A-

Azərbaycan İrana əzələ nümayiş etdirdi. İranla Azərbaycan arasında 30 il ərzində qarşılıqlı hərbi əzələ nümayişi olmamışdı. Azərbaycanın ikinci Qarabağ müharibəsində qalıb gəlməsi, regionda yeni geosiyasi reallıqlar yaratması, Tehran rejimini narahat etdi.

Azərbaycanla sərhəddə üç hərbi təlim keçirməklə hərbi əzələ nümayiş etdirdi. Axrıncı təlimlər isə, hücum xarakterli hərbi təlimlər idi. Buna görə Tehranın cavabı verilməli idi.

Azərbaycan cənub sərhədlərində müxtəlif qoşun növlərinin hərbi təlimlərinə start verdi. Xüsusi təyinatlılar (Yaşma), aviasiya və artilleriya qoşunlarının birgə hərbi təlimləri Tehran rejiminə mesajdır.

Məhz bu təlimlərdə YAŞMA adlanan xüsusi təyinatlıların hərbi təlimlərə cəlb edilməsi dost dediyi Ermənistanın aqibətini Tehrana göstərməkdir.

İran müstəqil və güclü Azərbaycanı qarşısında görür. Bu hərbi təlimlər Tehranda oturan fars rejimində "soyuq duş effekti" yaradır.

Bundan sonra, İran Azərbaycanla sərhəddə təlimlər keçirməyəcək. Ölkəmizə qarşı hibrid müharibəsini davam etdirəcək. İran növbəti hərbi təlimlərini Xəzər dənizində keçirə və Azərbaycanın ərazi sularına poza bilər. Belə olan təqdirdə İran gəmilərinə qarşı mütləq hərbi müdaxilə edilməlidir.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq


Xəbər 946 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +