Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?


02.11.2022  19:15 

Sabir Rüstəmxanlı Güney Azərbaycandan danışdı





A+  A-

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin və Bakı təmsilçiliyinin üzvlərinin iştirakı ilə genişləndirilmiş yığıncaq keçirilib.

XəzərNews.az xəbər verir ki, yığıncaqda çıxış edən DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı öz nitqində bölgədəki geopolitik durumdan və DAK qarşısında duran vəzifələrdən bəhs edib.

DAK-ın İdarə Heyətinin üzvü, konqresin Güney Azərbaycan təmsilçisi Babək Muğanlı, İdarə Heyətinin üzvləri Zəlimxan Məmmədli, Adil Minbaşı, Xəzər Emin, DAK-ın Avropa üzrə təmsilçisi Əli Hacı Ağaevli və digərləri çıxış edərək İran İslam Cümhuriyyətində genişlənən xalq hərəkatı fonunda Güney Azərbaycanın üzləşəcəyi problemlərdən və bu hərəkata dəstəyin vacibliyindən danışıblar.

Çıxışlarda DAK-ın gəncləşməsi, İdarə Heyətinin fəaliyyətinin genişləndirilməsi, təşkilatın proseslərə çevik reaksiya verməsi haqda təkliflər səslənib.

DAK həmsədri Sabir Rüstəmxanlı yekun çıxışında indiki dönəmdə Güney Azərbaycan Hərakatı ilə bir yerdə olmağın zəruriliyindən, təşkilatın güclənməsi üçün İdarə Heyətinin görəcəyi işlərdən danışıb.

Xəbər 1034 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +