Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


27.05.2022  14:50 

Əli Əliyevin daha bir məhkəmə işi icraata götürüldü





A+  A-

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib. Xüsusi ittiham qaydasında şikayət Yasamal Rayon Məhkəməsinə təqdim olunub.

XəzərNews.az xəbər verir ki, artıq R. Göyüşovun şikayəti əsasında başlanmış cinayət işi icraata götürülüb.

Qeyd edək ki, xüsusi ittihamçı VİP sədrinin onun şəxsiyyətini alçaldan ifadə işlətdiyini iddia edib. Əli Əliyevin Cinayət Məcəlləsinin 148-ci( təhqir) maddəsi ilə ittiham olunması tələb olunur.

Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra R. Göyüşov YAP-dan kənarlaşdırılıb.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Xəbər 4835 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +