Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq


30.11.2018  13:49 

“5500 pul veririk, müəllim uşaqlara “tupoy” deyir” - “Evrika” liseyindən şikayət





A+  A-

Övladları “Evrika” liseyinin 6 D sinfində təsil alan bir qrup valideyn dərs prosesindən narazı olduğu üçün redaksiyamıza müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, valideynlər “Qafqazinfo”ya bildiriblər ki, lisey rəhbərliyi onların şikayətlərinə biganə yanaşır:

“Özəl liseydə təhsil daha keyfiyyətli olar deyə övladımızı bu təhsil müəssisəsinə qoymuşuq. İldə nə az, nə çox 5500 manat pul ödəyirik. Otaqlarda kamera sistemi var və dərsləri onlayn izlədiyimiz zaman dəfələrlə sinifdə özbaşınalığın olduğunu, uşaqların müəllimə məhəl qoymadığını görmüşük. Sinif rəhbərlərinin yaşı 60-dan çoxdur, uşaqları sakitləşdirə bilmir. Müəllimlərin dərs davamiyyəti də çox aşağıdır, boş dərslər əvəz olunmur. Musiqi müəlliməsi hər dəfə sinfə girəndə uşaqlara “tupoy” deyir. Direktora, köməkçilərinə müraciət edirik, şikayətimizə baxılmır”.

Valideynlər liseydə müşahidə etdikləri problemlərlə bağlı Təhsil Nazirliyinə də müraciət edib. Qurumdan cavab olaraq bildirilib ki, onlar özəl liseylərə cavabdeh deyil.

“Qafqazinfo” şikayətlə bağlı liseyin direktoru Ofeliya Muradova ilə əlaqə saxlayıb. Direktor valideynlərin narazılıqlarının haqsız olduğunu, liseydə bütün valideyn şikayətlərinin dinlənildiyini bildirib:

“Valideynlər tərəfindən yönləndirilmiş bütün suallara baxırıq və cavab veririk”.

Xəbər 2157 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +