Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq


17.10.2018  10:25 

Eldar Mahmudovun çöküşünün 3-cü ili...





A+  A-

Eldar Mahmudovun Milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi və MTN bandalarına qarşı mübarizənin başlanmasının 3 ili tamam olur.
XəzərNews.az xatlırladır ki, E. Mahmudov 2015-ci il oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə nazir vəzifəsindən uzaqlaşdırıldı. Və eyni anda MTN-də olan kriminal dəstələrlə bağlı əməliyyatlar həyata keçirildi, çoxlu sayda yüksək vəzifəli şəxslər həbs olundu və şok cinayətlərin üstü açıldı.

Məlum oldu ki, ölkənin təhlükəsizliyinə cavabdeh olan bir nömrəli dövlət qurumunun rəhbərliyi əslində yalnız filmlərdə rast gələ bildiyimiz mütəşəkkil mafiya qaydaları ilə idarə olunub. Onlar tərəfindən yüzlərlə iş adamı şantaj edilib, böhtan atılaraq həbs olunub, onlardan ən müxtəlif yollarla alınan pulların isə sayı-hesabı bəlli deyil.

Vaxtilə MTN-də ən müxtəlif vəzifələrdə təmsil olunan və bu cinayətlərdə iştirak edən şəxslər öz cəzalarını həbsxanalarda çəkməkdədirlər. Bunların içərisində E. Mahmudova ən yaxın şəxslər də var. Hələlik isə sabiq nazir son 3 ildə bu həbs prosesindən kənarda qalmağı bacarıb.

Onu da xatırladaq ki, Mahmudovdan sonra prezidentin sərəncamı ilə MTN ləğv edildi və onun yerinə iki dövlət qurumu – Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.

Xəbər 2162 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +