Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq


10.08.2018  13:05 

“Ağıllı sayğac”a necə müdaxilə etmək olar?





A+  A-

Bir neçə gündür sosial şəbəkələrdə vətəndaşlar iyul ayı üçün elektrik sərfiyyatında görə ödənişin çox gəldiyini bildiriblər. Əsasən paytaxt sakinləri burada şübhəli məqamların olduğunu qeyd ediblər.
XəzərNews.az-ın verdiyi xəbərə görə, ekspert Osman Gündüz bu məsələdə şübhələrin mənbəyi ola biləcək bir neçə variant açıqlayıb. Belə ki, hansı hallarda elektrik sərfiyyatına görə ödəniş real sərfiyyatdan artıq hesablana bilər?

1. “Ağıllı sayğac”ların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki hansısa səbəbdən iş prinsipi pozulub. Yəni, sərfiyyatı sadəcə düz hesablamır.

2. “Azərişıq”ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir “billing sistem”ə yönləndirilib və başqa hesablama aparılıb. (Vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qazananlar oldu)

3. İnsan amili rol oynayıb. Yəni “manual” olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan özümə də bu inandırıcı gəlmir.

4. Ola bilər k, “Azərişıq”ın “real billing” sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub. Və rəsmilər də “manual” olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.

5. Sosial mediada bəzən səslənir ki, bu, Azərişıq tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib. Qeyd edim ki bu hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdırmaq mümkündür.

Xəbər 1869 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +