Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq


07.08.2018  11:43 

Elmar Vəliyevdən təzə xəbər var





A+  A-

“Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti normaldır. Heç bir ciddi problemi yoxdur. Müəyyən reablititasiya işləri aparılır. Daha ətraflı məlumatı həkimi verə bilər. Əsas odur ki, səhhəti yaxşıdır, qənaətbəxşdir”.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a Gəncədəki mənbə məlumat verib.

Mənbə Elmar Vəliyevin işə çıxacağını desə də, bununla bağlı dəqiq tarix söyləməyib.

“Güman ki, yaxın vaxtlarda işə çıxacaq. İşə çıxması planlaşdırılır. Hələ ki işə çıxma tarixi dəqiq deyil. Amma işə çıxması yaxın vaxtlarda gözlənilir. Əsasnaməyə əsasən, Elmar Vəliyevin işlərini hazırda birinci müavin icra edir”.

Xatırladaq ki, iyulun 3-də Gəncə şərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işilə bağlı həbs olunan və müqavimət göstərdiyi üçün məhv edilənlər var.

Qeyd edək ki, iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün icra başçısnı əməliyyat edib.

Qeyri-rəsmi məlumatlara görə, E.Vəliyevin sonrakı müalicəsi İsraildəki klinikalardan birində davam etdirilib.

Xəbər 2268 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +