Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq


17.04.2018  14:48 

Vüsalə keçmiş ərinin paylaşımlarını reklam adlandırdı





A+  A-

Aparıcı Vüsalə Əlizadə keçmiş həyat yoldaşı Azər İsmayılovun onunla barışması xəbərlərinə üstüörtülü şəkildə cavab verib.
XəzərNews.az-ın məlumatına görə, Azərin Vüsalə ilə bağlı tez-tez paylaşım etməsi onların barışması iddialarına səbəb olmuşdu. Vüsalə isə məlumatın doğru olmadığını bu şəkildə bildirib:

“İnsanlar sevdikləri şeyləri məhv etməyə, məhv etdikləri şeyləri yenidən sevməyə meyillidirlər. Amma çox vaxt unudurlar ki, daldan atılan daş topuğa dəyər. Hər kəsə hörmətlə yanaşıram. Bu, hər zaman belə olub. Mənim kiməsə deyiləcək sözüm olanda onu şəxsən özünə çatdıracaq qədər cəsur qadınam. Saman altdan su yeridib, yersiz mesajlar göndərmək mənlik deyil. Reklamlı şəkildə oyun oynamağı da şərəfimə sığışdırmıram. Xahiş edirəm, fikrimi beynimə belə yaxın buraxmadığım mövzulara yozmayasınız”.

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.

Xəbər 1716 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +