Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?


25.07.2017  09:31 

ABŞ Türkiyədən izahat gözləyir





A+  A-

Türkiyə Rüsiyadan S-400 zenit-raket kompleksini almaq niyyətinin səbəbini izah etməlidir.
XəzərNews.az "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bəyan edib: "Türkiyə bizim NATO üzrə tərəfdaşımızdır. Bu səbəbdən silahların uyğunlaşdırılması məsələsi olduqca mühümdür. Türkiyə qərarını bizə izah etməlidir”.
Qeyd edək ki, S-400 "Triumf" zenit raket sistemi taktiki və strateji təyyarələrin, ballistik raketlərin, hiper səs hədəflərinin və digər hava hücumu vasitələrinin zərərsizləşdirilməsi üçündür. Hazırda Türkiyə S-400 raket kompleksi almaq ilə bağlı Rusiya ilə danışıqlar aparır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, ABŞ-ın bu məsələ ilə bağlı narahatlığını anlamadığını dilə gətirib: “Onlar nədən narahatdır? Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görmək hüququna malikdir. Heç bir narahatlığa ehtiyac yoxdur. Zenit-raket kompleksləri ilə bağlı danışıqlar, demək olar ki, yekunlaşıb”.

Xəbər 1266 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +