Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


15.11.2017  12:45 

Xanım deputat Milli Məclisi tənqid etdi





A+  A-

Millət vəkili Aytən Mustafayeva əlillərin müavinətlərinin artırılması ilə bağlı çıxış edib.
XəzərNews.az xəbər verir ki, qeyd edib ki, millət vəkili komitə iclasında qeyd edib ki, əlilliyin təsdiqilənməsi hər il aparılmalıdır:

“Əlillərə 50 manat müavinət verilir. Əzizim, bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Təhsil almaq və digər bütün hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur. Mənə Astarada olan ailə müraciət edib ki, hamısı lal kardır, amma oxumağa məktəb yoxdur. Lal-kardır deyə işləyə bilməz?

Ələbaxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var. Onlar fəaldırlar. Bizim Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Bunun üçün binada pilləkən yoxdur. Gəlin, birinci özümüzdən başlayaq”.

***

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deputatın iradına belə cavab verib:

"Prosesə elə Milli Məclisin özündən başlamaq lazımdır. Bizim nazirliyin binasında panduslar qoyulub. Bütün orqanlara məktub göndərdik ki əlillərin sərbəst daxil olub çıxması üçün yeni tikililərdə şərait yaradılsın. Bunun üçün “Əlillərinin sosial müdafiəsi haqqında” qanun yenidən işlənilib və hökumətə göndərilib. Yəqin ki məsələyə bu yaxınlarda baxılacaq”.

Xəbər 2414 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +