İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


17.12.2018  22:46 

Gəncədə bir gündə 3 piyada vuruldu





A+  A-

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hadisələrdən biri şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Samux rayon sakini, 2000-ci il təvəllüdlü Camalova Şəbnəm Hidayət qızı yolu keçən zaman hərəkətdə olan “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Digər hadisə isə şəhərin Tağı Arani küçəsində olub. Şəhər sakini, 1966-cı il təvəllüdlü Məmmədov Etibar Həbib oğlu yolu keçərkən “VAZ” markalı avtomobillə vurulub.

Şəhər sakini, 2001-ci il təvəllüdlü Namazov Nicat Mahmud oğlunu isə avtomobil şəhərin üçüncü mikrorayonunda vurub.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Hər üç fakt üzrə hüquq- mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər 1533 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +