Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


13.09.2019  10:06 

Hakim olmaq istəyənlərin nəzərinə!





A+  A-

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə namizədlərlə test imtahanı keçiriləcək.
XəzərNews.az xəbər verir ki, imtahan sentyabrın 15-də DİM-in Nəsimi rayonu A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında baş tutacaq.

Namizədlər «İmtahana buraxılış vərəqəsi»ni sentyabrın 13-dən Hakimlərin Seçki Komitəsindən (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə etməlidirlər.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq.

İmtahanda 205 namizədin iştirakı nəzərdə tutulur.

İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına saat 9.00-dan gec olmayaraq gəlməlidirlər. İmtahan saat 10.00-da başlayır.

İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır.

Hər bir imtahan sualı 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir.

60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.

Xəbər 1404 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +