“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


14.12.2021  23:27 

Müxalifət liderinin həyat yoldaşı həbs edildi





A+  A-

Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski bir sıra cinayətlərə, o cümlədən, kütləvi iğtişaşların təşkilinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə belaruslu bloqer Sergey Tixanovskinin vəkili Viktor Matskeviç bildirib.

Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

"Sergey 18 il müddətinə azadlıqdan məhrum edilib. Biz bu qərara etiraz etmək üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri görəcəyik”, - Matskeviç vurğulayıb.

“Sputnik Belarus”un xəbərinə görə, Tixanovskinin tərəfdarları da müxtəlif cəzalara məhkum ediliblər.

2010-cu ildə Belarusda prezident seçkilərində namizəd olmuş Nikolay Statkeviç 14 il, ekstremist “Belarus beyinləri” “Telegram” kanalının rəhbəri İqor Losik və bloqer Vladimir Tsiqanoviç 15 il, Tixanovskinin “Youtube” layihəsinin operatoru Artem Sakov və sosial media moderatoru Dmitri Popov hər biri 16 il müddətinə azadlıqdan məhrum edilib./Bakupost.az


Xəbər 1622 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +