Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


25.07.2019  12:06 

MTN generallarının məhkəməsi oldu





A+  A-

Bakı Ali Məhkəməsində həbsdə olan MTN generalları Sübahir Qurbanov, polkovnik Füzuli Əliyev, Natiq Alıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Fərhad Əliyevin icraatında olan prosesdə hər 3 şəxs şikayətini geri götürüb.

Zərərçəkən İlqar Əliyevin nümayəndəsi isə şikayətinə baxılmasını xahiş edib. Onun iddiası üzrə məhkəmə işi avqustun 1-də keçiriləcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, polkovnik Füzuli Əliyev 14 il, Natiq Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onların apellyasiya şikayətləri təmin edilməyib.

Təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün müvafiq qurumlara təqdimat verilib.

Xəbər 1878 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +