“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


22.10.2017  16:19 

Fransanın Azərbaycandakı Səfirliyində viza ilə bağlı yeni qayda





A+  A-

Viza üçün müraciət edənlərə bildirilir ki, növbəti həftələrdə Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən verilən vizaların alınmasında yeni qaydalar tətbiq olunacaq.
XəzərNews.az xəbər verir ki, Səfirlikdən Oxu.Az-a verilən məlumata görə, əvvəllər səfirliyin vizalarının verilməsini öz üzərinə götürən TLS Contact şirkəti bundan sonra CAPAGO şirkəti ilə əvəz olunacaq.

Bu şirkət Bakıda «Globus Center»də, Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşir və çərşənbə axşamı, 7 noyabrdan etibarən həmin şirkətin fransız vizaları mərkəzi viza müraciət edənlərə xidmət göstərəcək.

Bu yardımçı şirkət viza ilə bağlı aşağıdakı işləri öz üzərinə götürəcək :

• görüşlərin alınması,

• viza ilə bağlı sualların cavablandırılması

• fransız vizası mərkəzində əhalinin qəbulu

• viza müraciətlərinin qəbulu

• barmaq izlərinin alınması

• xidmət xərclərinin yığılması (standart qiymət 26 avro) və viza xərclərinin yığılması

• pasportların geri qaytarılması

Bu sistemə keçid təqvimi aşağıdakı kimidir:

1. Səfirliyin viza şöbəsilə görüşün alınması cümə axşamı, 2 noyabr tarixi daxil olmaqla TLS Contact vasitəsilə olacaq və bu şirkətin website və cağrı mərkəzləri yeni sistəmə keçənə kimi aktiv qalacaqdır. Viza üçün müraciət edənlərə pasportlarını, 6 noyabrdan əvvəl, TLS Contact şirkətindən geri almaları məsləhət görülür.

2. 3 və 6 noyabr tarixləri üçün görüşlər verilməyəcək

3. Fransız vizasının yeni mərkəzində görüşün alınması çərşənbə axşamı, 7 noyabr tarixindən etibarən CAPAGO şirkəti vasitəsilə veriləcək və onun internet ünvanı və çağrı mərkəzi 30 oktyabr tarixindən etibarən aktiv olacaq. İnternet ünvanı və telefon nömrələri istifadəçilərə gələcək günlərdə bildiriləcək.

Beləliklə, viza üçün müraciət edənlərin heç biri bundan sonra, yəni, 3 noyabr 2017-ci il tarixindən etibarən səfirliyin viza bölməsində qəbul olunmayacaq (Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna olmaqla)

İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza istəyənlər də CAPAGO şirkətinin fransız vizası mərkəzinə müraciət edəcəklər.

Yalnız TLS Contact və CAPAGO şirkətlərinin cavablandıra biləcəyi suallara və həll edə biləcəyi təcili məsələyə görə [email protected] ünvanına yaza bilərsiniz. Səfirliyin birbaşa müdaxiləsi vacib olmayan müraciətlər cavablandırılmayacaq.

Xəbər 1296 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +