“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


09.06.2017  12:23 

Məmur olmaq istəyənlər üçün keçid balları azaldıldı





A+  A-

Azərbaycanda dövlət qulluğuna qəbul üçün keçid ballarında dəyişiklik edilib.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov məlumat verib.
V.Əsgərov deyib ki, dövlət qulluğuna qəbul üçün keçid ballarında azalmalar baş verib.

Məsələn, indiyə kimi hansısa nazirliyin mərkəzi aparatında məsləhətçi vəzifəsi üzrə keçid balı 75 idisə, indi həmin vəzifə üzrə keçid balı 70 müəyyən edilib. Eyni zamanda, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə məsləhətçi vəzifəsi üzrə keçid balı 70 idisə, indi 65 bal müəyyən edilib.
V.Əsgərov qeyd edib ki, əvvəllər inzibati vəzifələrin yalnız 5-7-ci təsnifatı üzrə dövlət qulluğuna qəbul müsabiqə ilə keçirilirdi. Lakin artıq aparat rəhbəri, şöbə müdiri kimi vəzifələr də müsabiqə ilə keçiriləcək.
Bundan başqa, test imtahanının vəzifə qrupları üzrə keçirilməsi də nəzərdə tutulur.

Xəbər 1464 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +