26.11.2022 12:08
Gələn il dünyada “Böyük müharibə” olacaq - Proqnoz
Astroloq Anna Karpeeva Ukrayna üçün astroloji proqnoz verib. Onun sözlərinə görə, 2023-cü il ərzində Ukrayna hələ də böhran içində olacaq - həm iqtisadi, həm enerji, həm də hərbi... Və gələn il dünyada “böyük müharibə” olacaq.
XəzərNews.az “PeopleLife” YouTube kanalına istinadla xəbər verir ki, o, müharibənin 2023-cü ildə bitəcəyini görmədiyini qeyd edib:
“Mən hərbi ekspert deyiləm, hərbi astroloq da deyiləm, hətta siyasi də deyiləm... 2024-2025-ci illərdə mən Ukraynaya kütləvi axın görürəm. Yəqin ki, bu, geri qayıtmaq üçün əlverişli illər olacaq. Ancaq 2023-cü ildə müharibə davam edəcək".
Karpeeva proqnozlaşdırır ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü ilin yaz-yay aylarında öz ərazilərinin bir çoxunu geri qaytara biləcək, bu proses may və avqust aylarında çox aktiv olacaq: “Bəzi ərazilərin, torpaqların qaytarılması gələn ilin yaz-yay aylarında baş verəcək".
Onun sözlərinə görə, gələn il bir növ “böyük müharibə” planlaşdırılır ki, bunun da nəticələri, şübhəsiz ki, Ukraynaya da təsir edəcək:
"Dünya daha sadə və asan olmayacaq, biz sakit yaşamayacağıq... 2023-cü ildə nəhəng müharibə planlaşdırılır, bunu çoxdan demişəm... Suriya qaynar nöqtə olacaq".
Xatırladaq ki, daha əvvəl ekstrasens Maks Qordeyev isə bəyan etmişdi ki, 2023-cü ilin yazında aktiv döyüşlər səngiyəcək. Onun sözlərinə görə, artıq müharibənin dayandırılması prosesi başlayıb.
O qeyd edib ki, gələn il martın sonunda Ukraynanın davamlı atəşə tutulması və düşmən raketlərinin atılması dayanacaq. Martın 20-də bəzi mühüm hadisələr baş verəcək.
İsmayıl Nifti
XəzərNews.az
Xəbər 926 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|