Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


14.03.2024  14:29 

Dünyada siyasi proqramı yenidən qurmalıyıq





A+  A-

Fikrimcə, biz dünyada siyasi proqramı yenidən qurmalıyıq.

Xəzərnews.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Moldovanın keçmiş baş naziri Kiril Qaburiç deyib.

O qeyd edib ki, parçalanmış dünyanı bərpa etmək üçün dialoq qurmaq vacibdir:

“Bakı Forumu elə bir tədbirdir ki, dünyanın müxtəlif yerlərindən fərqli liderlər öz təəssüratları, öz baxışları ilə gəlirlər və bu məlumatları öz aramızda bölüşürük, bir-birimizdən öyrənməyə, təcrübələrimizi paylaşmağa çalışırıq. Bu gün qarşımızda duran mövzular və gündəm, məncə, hamımıza kömək edir. Sadəcə gündəliyə baxmaq bizə dünyada baş verənləri anlamağa kömək edir və biz görürük ki, dünyada çoxlu problemlər var. Dialoq qurmağı, bir-birimizlə danışmağı və kompromisə getməyi, gördüyümüz işdə müsbət olmağı və bir-birimizə açıq olmağı öyrənməliyik”.

Sabiq baş nazir hazırda dünyanın üzləşdiyi problemlərə diqqət çəkib:

“Eyni təkliflər iqlim məsələləri üçün də keçərlidir. Hamı nəsə etmədikcə işlər dəyişməyəcək. Bu gün iqlim dəyişikliyi, havanın, torpağın, suyun çirklənməsi kimi bir çox başqa problemlərimiz də var.

Bundan başqa bəzi yerlərdə uşaqların ailələrin imkanı olmadığı üçün məktəbə gedə bilməməsi kimi problemlər var. Bu da o insanların problemi deyil, hamımızın, insanlığın problemidir. Və əgər biz bəşəriyyət və Yer kürəsi üçün düzgün işlər görə bilsək, düşünürəm ki, bu, hamımız və gələcək nəsillər üçün çox yaxşı olacaq.

COVID-19 və ya pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatının şüarı idi ki, hamı təhlükəsiz olana qədər heç kim təhlükəsiz deyil”.

Xəbər 1177 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +