Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu


09.04.2025  18:21 

“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?





A+  A-

Səhiyyə Nazirliyi "Medeks" şirkətindən 114 870 manat dəyərində laboratoriya avadanlığı və reagent alacaq.

Şirkət nazirliyin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Artıq tərəflər arasında satınalma müqaviləsi də imzalanıb.

"Medeks" şirkəti 2008-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşən "Medeks" MMC-nin qanuni təmsilçisi Abbasov Elşən Yusif oğludur.

2008-ci ildən 2016-cı ilədək "Medeks" MMC-nin qanuni təmsilçisi Təhməzli Qoşqar İlahi oğlu olub. O, hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədridir.

Qoşqar Təhməzli bu vəzifəyə 2017-ci ildə təyin edilib. Onun tərcümeyi halında qeyd olunub ki, 2008-2016-cı illərdə "Medeks" MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Mediada gedən məlumatlarda isə iddia edilir ki, Qoşqar Təhməzli sözügeən şirkətin təsisçisidir.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, "Medeks" şirkəti 2023-2025-ci illərdə 6 satınalma müsabiəqsinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 3 714 012, 47 manatdır./Qaynarinfo

Xəbər 1441 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +