“Şərq” qəzetində ixtisarlar başladı
“Megastore”dan alınan konfetdən qurd çıxıb - Foto
Sabah yağış yağacağı ehtimalı var
Qəzza istənilən yolla tərxis olunacaq - Netanyahu
Maduronun “qaçış marşrutları”: Siyahıda Azərbaycan da var
Məişət tullantıları poliqonunda meyit tapılıb
Bu bank bayrağımızda yanlışlığa yol verdi - FOTO
Təyyarə niyə 3 yerə bölünüb? - YENİ DETALLAR
DSX-nın baş çavuşu bu xəstəliyə görə vəfat edib
Tramp Rusiyaya qarşı yeni sanksiyalar vəd edir


20.10.2022  18:09 

Rəqsanənin əri, Minanın keçmiş əri, xalqın dərd-səri...





A+  A-

Qarşımda qorxunc bir statistika var. Mənbə dövlət qurumudur. Dövlət qurumu deyəndə mənim ağlıma hər il büdcədən külli miqdarda vəsait alıb öz əməkdaşlarına maaş və mükafat verən rəsmi strukturlar gəlir.

Mən ciddi adam olduğum üçün ciddi qurumların məlumatlarına inanıram. Qısası, həmin qurumlardan biri - Dövlət Statistika Komitəsi bizləri qəflət yuxusundan oyadacaq məlumat yayıb. DSK-nın ötən gün yaydığı hesabatdan məlum olur ki, cari ilin 8 ayında Azərbaycanda 10.391 nikah pozulub. Cümlənin bərli-bəzəkli, “ütülü” olmasına baxmayın, məna dəyişmir: “Son 8 ayda Azərbaycanda 10.391 ailə dağılıb”.

Əvvəllər bu cür statistika ilə qarşılaşanda özümüzə təsəlli verərdik. Məsələn, mən yaşı yaşımdan çox olan qohum-qardaşın, dost-danışın dilindən bu sözləri çox eşitmişəm: “Bir-birini it kimi yeməkdənsə, ayrı yaşamaq yaxşıdır.”

İndi bu cümlələr kara gəlmir. İndi bu sözlərlə kimisə ovutmaq olmur. Bəlkə də, kiməsə təsəlli vermək, kiminsə başının altına yastıq qoymaq olar. Amma əmin olun, ayğımızın altındakı minaların sayı hər ötən gün artır. Partlayış uzaqda deyil. Onun qəlpələri mütləq bizi də tutacaq...

Yuxarıda təxminən bu cür yazmışdıq: “Bir-birilərini it kimi tutmaqdansa..”

Bu ifadə böyüklərimizə, məsləhətlərinə əməl etməyəndə böyürə-böyürə qaldığımız adamlara aid olduğu üçün üzrxahlıq etmədən bu cür rahat işlədirəm. Əslində, mən suyu üfürə-üfürə içən adamam. Yazdığım kimi pozmağı, insanların qəlbini qırmamağı da bacarıram. Amma bu “quru” rəqəmlər gözümü yaşardır. 10.391 ailənin dağılması bilirsiniz nə deməkdir? Bu ən azı 10.391 uşağın valideynlərindən birindən məhrum olması deməkdir. Boşanan elə ailələr var ki, 2, 3, hətta hətta 4 uşaqları var. Bu barədə nəinki yazmaq, hətta düşünmək belə qorxuncdur.

Son illər Azərbaycanda boşanmaq, öz adı ilə çağırsaq, ailə dağıtmaq dəb olub. Gənclərimizə nə olub? Niyə birinin sözü o birinin boğazından keçmir? Onlar kimin “yolu” ilə gedirlər?

Bu sualın cavabını tapmaq üçün çox əziyyət çəkmədim. Son 3 gündə portallarda ən çox oxunan xəbər başlıqları belədir:

“Azərbaycanlı müğənni türk ərindən boşanır”.

“Rəqsanə boşanan qızından danışdı”.

“Ərindən boşanan Mina dayanmır”.

“Əməkdar artist boşanmasının səbəbini açıqladı”.

"Ayselin keçmiş əri sevgilisinin fotosunu paylaşdı".

İndi bildinizmi, gənclərimiz kimlərin “yolu” ilə gedir?

Yolunuzda tikan bitsin!

Seymur VERDİZADƏ




Xəbər 9279 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.11.2025  10:30 

Şəhid anası vəfat etdi -FOTO

16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl


BÜTÜN XƏBƏRLƏR +