Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


17.05.2023  13:51 

Bağlanan “Günay Bank“ın sahibi ilə bağlı ilginc faktlar...





A+  A-

Bu gün bağlanan "Günay Bank"ın sahibi Mahmud Məmmədov vaxtilə ölkədə siyasi iddiası olan şəxslərdən biri kimi tanınırdı. O, Azərbaycanın prezidenti olmaq istəyirdi və hesab edirdi ki, biznesmendən yaxşı prezident ola bilər. M.Məmmədov 1994-cü ildə Azərbaycan Demokratik Sahibklarlar Partiyası adlı siyasi təşkilat da yaratmışdı. Qısa müddət sonra bu partiya qeydiyyata alınmışdı.

Hətta hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Eldar Əzizov M.Məmmədovun birinci müavini idi. E.Əzizov Azərbaycan Demokratik Sahibklarlar Partiyası sədrinin birinci müavini vəzifəsini daşıyırdı. Bir müddət partiyada sədr əvəzi vəzifəsini yerinə yetirmişdi.

Bir müddət Əbülfəz Elçibəyi dəstəkləyən M.Məmmədov daha sonra Ayaz Mütəllibovun ətrafında fırlanmağa başlamışdı. Heydər Əliyevin hakimiyyətə gələcəyinin perspektivlərini görən M.Məmmədov məşhur "91-lər"lə ciddi ünsiyyət yaratmışdı.

Müxtəlif şəxslər və kanallar vasitəsilə bütün gücünü ortaya qoyan M.Məmmədov Heydər Əliyevlə görüşə də nail olmuşdu. O çox ağıllı adamdır və başa düşürdü ki, əlində nə qədər pulu olsa da, zəngin idarəçilik təcrübəsinə malik olan Heydər Əliyevin qarşısında özünü rəqib kimi aparmaq ona heç bir perspektiv vəd etmir.

M.Məmmədov "Günay" qəzetini və BMTİ adlı televiziya da təsis etmişdi. Qısası, o, köhnə "oyunçu"lardandır.

M.Məmmədov bilirdi ki, sahibi olduğu "Günay Bank" bağlanacaq. Əslində bu bank çoxdan bağlanmalı idi, ölkənin ən qalmaqallı banklarından hesab olunan "Günay Bank" saysız-hesabsız hadisələr baş verib, insanların milyonlarla vəsaitləri mənimsəlilib, hətta irimiqyaslı həbslər həyata keçirilib.

Bankın bağlanacağını bilən M.Məmmədov bütün resurslarını işə salmışdı. Hətta bir neçə gün əvvəl - may ayının əvvəllərindən etibarən M.Məmmədov yerli media qurumlarına Heydər Əliyev haqqında məqalələr göndərir, müsahibələr də verirdi. Xeyli pul xərclədi, amma olmadı.

Görünür, adətkar olan M.Məmmədov növbəti dəfə hansısa qaydaları pozub, bəlkə də hansısa siyasi iddiası ortaya çıxıb.

Samir Feyruzov

Xəbər 1383 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +