Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


17.04.2025  00:44 

Tikinti sektorunda Təhməzlilər imperiyası...





A+  A-

"Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib. Tikən şirkət isə "6-cı mərtəbə" Məhdud Məsuliyyətli Cəmiyyətdir. Bu gün videoları yayılıb ki, yağışdan təzə tikilən evlər damıb. Evlərin tavanı sanki aşsüzənə dönüb. Bəs kimdir bu "6-cı mərtəbə"nin arxasında duran? Bir dəfə yazmışdım ki, Azərbaycanda vəzifə beşmərtəbəli şəxsi mənafelərin, biznes maraqlarının 6-cı mərtəbəsidir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə araşdırmaçı jurnalist Cavanşir Həsənli çıxış edib.

C.Həsənli bildirib ki, "6-cı mərtəbə" Müstəqil Şirkətinin direktoru Təhməzli Ataş İlahi oğludur:

"Ataş Təhməzli dönərin içində at və eşşək əti axtaran Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşıdır. O biri qardaşı isə Mənzil İnşaatı Dövlət Agentliyi yanında MİDA MMC-nin rəhbəri Fərhad Təhməzovdur. "6-cı mərtəbə"nin hələ 5-ci mərtəbəsi də var. Yəni "kruq" genişdir, 35 milyonluq tenderi udan şirkətin bir ucu gedib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə çıxır".

C.Həsənlinin yazdığına görə, şirkətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur:

"Bu şəxs London Universitetinin məzunu və 2 ildən bəridir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunmuş Pərvin Nəbiyevin atasıdır. Pərvin Nəbiyev özü də bir müddət bu şirkətdə layihə menecerinin müavini olub. Pərvin Nəbiyevin atasının adı Təhməzli ailəsinin başqa bir şirkətində - "VƏLİYEV ŞAHİN İ. VƏ TƏHMƏZLİ ŞAHBAZ A. TAM ORTAQLI BAK TİKİNTİ ABADLIQ" MÜƏSSİSƏSİ-də də qanuni direktor kimi qeyd olunur. Şahbaz Təhməzli "6-cı mərtəbə"nin sahibi Ataş Təhməzlinin oğludur".



Xəbər 1719 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +