Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


01.11.2019  14:03 

“Problem varsa, deməli BNA işləri düzgün aparmayıb”





A+  A-

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev tərəfindən səsləndirilən tənqidə cavab verib.
XəzərNews.az bildirir ki, A. Nəcəfli “Qafqazinfo”ya iş görülən yerdə tənqidin olmasının normal olduğunu vurğulayıb: “Konkret bu məsələdə nə üçün Bakı Nəqliyyat Agentliyinin belə deməsini başa düşmürəm. Amma birbaşa olaraq Bakı Nəqliyyat Agentliyi yollarda aparılan hər hansı təmir-tikinti işlərinə nəzarət edən qurumlardan biridir. Həmin qurumun nizamnaməsində birbaşa yazılıb ki, yollarda hərəkətin təşkili və təhlükəsizliyi onların səlahiyyətində olan məsələlərdən biridir. Yəni əgər hər hansı bir yolda hərəkətin təhlükəsizliyində problem varsa, deməli, həmin qurumun işləri düzgün aparmaması nəticəsində bu baş verib. Məzahir Rüstəmov küçəsində bizim agentlik tərəfindən təmir işləri aparılır. Amma təmir işləri aparılmamışdan əvvəl aidiyyatı qurumlara məlumat verilir. Hazırda həmin küçədə kommunikasiya işlərinin dəyişdirilməsi prosesi gedir. Bizim agentlik tərəfindən sadəcə yol kənarında olan səki daşlarının yenilənməsi və bərpası işləri həyata keçirilir. Biz yolun hərəkət hissəsində hər hansı iş aparmırıq. O cümlədən, “20-ci sahə” adlandırılan əraziyə gedən yolda da biz heç bir təmir işi aparmırıq. Kommunikasiya xərclərinin dəyişdirilməsi prosesindən sonra bizim tərəfimizdən bərpa işləri görüləcək.

Bundan əlavə, hər hansı təmir işləri aparılarkən tərtib olunmuş qrafik olur. İşlər həmin qrafik əsasında həyata keçirilir. Bütün hərəkət iştirakçılarının təhlükəsizliyi nəzərə alınır. Təmir işini apararkən hər hansı bir yerdə hərəkəti iflic etmək kimi niyyətimiz yoxdur. Konkret olaraq Məzahir Rüstəmov küçəsində qazıntı işlərinin aparılması, ondan sonra yaranan problemlər həmin qazıntı işlərini aparan qurumun məsuliyyətindədir”.

Xəbər 1687 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +