Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib?
TƏBİB sədrinin qardaşına yüksək vəzifə verildi
“Azeri Med“in “Naxçıvan fəthi“ davam edir
Ərdoğan Azərbaycan səfirini təltif etdi
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO


29.08.2017  18:42 

Müəllimlərin işə qəbulunda yeni qaydalar





A+  A-

Təhsil Nazirliyi növbəti ildə də müəllimlərin işə qəbulu üçün yeni qaydalar hazırlayacaq.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

“Bəzi məsələlər var ki, onlar bəlkə də təkmilləşməlidir. Bunlar hamısı nəzərə alınacaq və yeni qaydalar hazırlanacaq”.

E.Bağırov bildirib ki, əgər əvvəlki illərdə müəllimlər müsabiqə nəticəsində təyinat alaraq işə başlayırdılarsa, onlar təqvim ilinin sonunda diaqnostik qiymətləndirməyə cəlb olunurdular. Növbəti ildən isə onların əmək haqları artırılırdı.

Artıq ölkə başçısının sərəncamına əsasən, müsabiqədən keçən namizədlər də diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur: “Bu, yeni- ötən həftə imzalanan sərəncama əsasən, baş tutdu. Artıq yeni təqvim ilindən diaqnostik qiymətləndirmədən keçməsə belə işə qəbul müsabiqəsindən keçərək təyinat alan müəllimlər də əmək haqqlarını artımla alacaqlar”.

Qeyd edək ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılır.

Xəbər 1454 dəfə oxunub.




06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi


BÜTÜN XƏBƏRLƏR +