Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək


09.04.2025  14:25 

Rusiya Sumı və Xarkova hücumu artırıb





A+  A-

Ukrayna prezidenti Vladimir Zelenskinin daha əvvəl dediyi Rusiyanın Sumı və Xarkov vilayətlərinə hücumu artıq başlayıb.

XəzərNews.az xəbər verir ki, bunu aprelin 9-da LB.ua-ya müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.

Onun sözlərinə görə, artıq bir həftədir ki, onlar bütün əsas istiqamətlərdə düşmənin hücum hərəkətlərinin sayının təxminən iki dəfə artmasını qeydə alırlar.

“Düşmən ərazimizi ələ keçirmək, qoşunlarımızı məğlub etmək, ölkə daxilində irəliləmək məqsədi ilə strateji hücum əməliyyatını davam etdirir. Donetsk və Luqansk, eləcə də Xerson və Zaporojye vilayətlərinin bir hissəsini tam ələ keçirməyə, Xarkov, Sumı və ya Çerni vilayətlərində bufer zona yaratmağa çalışır”, - deyə Sırski bildirib.

O qeyd edib ki, bütün danışıqlara baxmayaraq, Rusiyanın hücum hərəkətlərinin intensivliyi artır.

Xəbər 1829 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +