Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


01.03.2021  08:46 

İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu





A+  A-

İran hökuməti 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoyub.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb koronavirusun və onun yeni ştammlarının qarşısını almaq cəhdidir. İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Həsən Zibakşın sözlərinə görə, qadağa həmin 32 ölkədən birbaşa gələn və ya son 2 həftədə 4 saat müddətində dövlətlərin ərazisində olanlara tətbiq ediləcək.

Məhdudiyyətlər qoyulan ölkələr: Böyük Britaniya, Anqola, CAR, Argentina, Boliviya, Bitsvana, Braziliya, Burundi, Kabo-Verde, Çili, Kolumbiya, Konqo Demokratik Respublikası, Ekvador, Esvatini, Qvineya, Lesoto, Qayana, Malavi, Mavritaniya, Mozambik, Namibiya, Panama, Paraqvay, Peru, Ruanda, Seyşel, Surinam, Tanzaniya, Uruqvay, Venesuela, Zambiya və Zimbabve.

Zibakş həmçinin qeyd edib ki, İrana gələn 8 yaşdan yuxarı bütün sərnişinlər COVID-19 üçün mənfi test nəticəsi ilə bağlı sənəd təqdim etməlidirlər.

Xəbər 4938 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +