Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


27.02.2019  16:19 

Tələbələrin köçürülməsinin nəticələri açıqlandı





A+  A-

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.
XəzərNews.az xəbər verir ki, Transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1820 nəfər müraciət edib. Onlardan 1319 nəfərinin müraciəti müsbət cavablandırılıb. Bu, ötən ilin müvafiq göstəricisindən 442 nəfər çoxdur.

Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1065 nəfərdən 1014 nəfərini bakalavriatura, 24 nəfərini magistratura səviyyəsi üzrə, 27 nəfərini isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 316 nəfərdən 254-nün müraciətinə müsbət cavab verilib.

Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Xəbər 1488 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +