Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


05.02.2019  19:17 

Poroşenko ölkəsindəki yoxsulluğa görə bu dövləti günahlandırdı





A+  A-

Ukrayna prezidenti Petro Poroşenko ölkədə yaşayış səviyyəsinin aşağı olmasında Rusiyanı günahlandırıb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, İCTV kanalında canlı efir zamanı deyib: “Ölkənin çətin vəziyyətə düşməsində daha çox Rusiya günahkardır. Rusiya bir göz qırpımında bazarlarını Ukrayna məhsullarına bağladı. Təsəvvür edin, ABŞ bir gün Kanada malları üçün bazarlarını bağlayır. Kanada iqtisadiyyatı necə çökər?”.

Poroşenkonun sözlərinə görə, Rusiya bununla da Ukraynada istehsalı dayandırmaq və milyonlarla işsiz ukraynalının ölkədə hakimiyyəti dəyişməsinə kömək etmək məqsədi güdüb. Ancaq buna baxmayaraq, Ukrayna hökuməti vəziyyətdən çıxış yolu tapıb və məhsullarını Avropa Birliyi bazarına çıxarıb.

“Moskva, həmçinin, qazı kəsməklə ukraynalıları dondurmağa çalışıb. Ancaq Ukrayna beynəlxalq arbitraja müraciət edərək bu məsələni də həll edib”, - deyə prezident çıxışında bildirib.

Xəbər 1334 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +