Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


18.05.2018  14:05 

Baş nazirin evindən görün nələr çıxdı - VİDEO





A+  A-

Malayziya polisi ölkənin baş naziri Nacib Razakın müxtəlif yerlərdəki villalarına basqın təşkil edib.
XəzərNews.az xəbər verir ki, onun evindən içərisində brend məhsullar, zinət əşyaları olan yüzlərlə qutu və milyonlarla pul çıxıb.

Rüşvətxorluqda ittiham olunan baş nazirin dövlət fondundan öz hesabına 700 milyon dollar köçürdüyü də iddia edilir.

Malayziyanın korrupsiyaya qarşı baş idarəsinin müdiri Amar Sinx mətbuata açıqlamasında evdən 284 qutu tapıldığını bildirib:

"Əməkdaşlarımız həmin çantaların içini yoxlayıb və 72 çantada Malayziya Rinqqiti, ABŞ dolları olan nəğd pullar, saatlar və zinət əşyaları olduğu üzə çıxıb. Tam olaraq nə qədər ziynət əşyaşı olduğunu bilmirəm. Çünki miqdarı həddən artıq çoxdur".

Sinx həmçinin çantalar arasında Hermes, Birkin və Louis Vuitton kimi məşhur markaların da olduğunu diqqətə çatdırıb.

Baş nazirin vəkili isə iddiaların gerçəyi əks etdirmədiyini, əslində həmin əşyaların çox da dəyərli olmadığını və baş nazirin nüfuzuna xələl gətirmək üçün edildiyini bildirib.


Xəbər 2732 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +