Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.04.2017  10:08 

12 min müəllim imtahana çəkilir





A+  A-

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinə start verilib.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirilmə 25-30 aprel tarixlərində Bərdə Olimpiya İdman Kompleksində keçiriləcək.

Qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək. 5 gün ərzində Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər www.dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

Xəbər 1538 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +