Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


27.01.2018  12:34 

Lerikə 20 sm qar yağıb





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 26-sı gündüzdən 27-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, açıqlamada bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yanvarın 26-sı gündüzdən 27-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, sulu qar, qar yağıb. Bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-18, Böyük Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi-Aran rayonlarında 1-20, Naxçıvan MR-da 4-5, Kiçik Qafqazda 4-5, Lənkəran-Astara zonasında 7-26 mm olub.

Qar örtüyünün hündürlüyü Rvarudda 26, Lerikdə 20, Şahdağ, Yardımlıda 19, Sarıbaş, Kəlvəzdə 12, Altıağac, Kişçayda 10, Oğuz, Şamaxıda 6, Qırızda 5, Qəbələ, İsmayıllı, Mərəzədə 4, Gədəbəy, Ağdərə, Qusarda 3, Göygöl, Quba, Xaltanda 2, Şərur, Şəki, Xınalıqda 1 sm təşkil edib.
Duman Daşkəsən, Göygöl, Balakən, Qəbələ, Şəki, Qusar, Sarıbaş, Kişçayda müşahidə olunub, görünüş 200-500 metrədək olub.

Xəbər 1643 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +