Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


22.01.2018  21:46 

Zığ və Abşeronda sürüşmə sahələri yenə aktivləşdi





A+  A-

Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Zəli gölü" və “Qır gölü” adlanan ərazilərdə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, sürüşmə sahəsindəki çatların parametrləri artıb: “Adları sadalanan bütün bu yerlərdə sürüşmə aktiv fazadadır. Prosesin dinamikası aktivləşdiyindən çatların uzunluğu və eni artıb. Çatlarda 1-2 sm genişlənmə var”.
R.Həsənov qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində akltivlik müşahidə edilib:

“Burada atmosfer yağıntılarının təsirindən qrunt sularının qalxması nəticəsində əraziləri su basıb”.

Xəbər 1309 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +