Milyonluq tenderləri sabiq nazir və başçının övladları uddu
Kəndin mollası həyat yoldaşını boğaraq öldürüb
Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi


17.08.2021  21:54 

“Necə bu qədər tez Talibana təslim oldular?” - NATO Baş katibi





A+  A-

“NATO-nun Əfqanıstan missiyasını düzgün şəkildə nəzərdən keçirməliyik. Öyrənilməli dərslər var”.
XəzərNews.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Əfqanıstandakı son vəziyyətdən danışarkən deyib.

“Xüsusilə Türkiyə, ABŞ və İngiltərə kilid rol oynadı. Hava limanının təhlükəsizliyini və təxliyyəni təşkil edirlər. ABŞ-ın geri çəkilmə qərarını digər üzvlər izlədi, amma burada Talibanın güc qazanma riski vardı. Son həftələrdə gözləmədiyimiz sürətlə həm ordu, həm də siyasi mexanizm çökdü”, - Baş katib bildirib.

O qeyd edib ki, uzun müddət faydalı olacaq gücü formalaşdırdıqlarını düşünürdülər:

“Amma bizim təlim keçdiyimiz və təchiz etdiyimiz bu əsgərlər necə bu qədər tez Talibana təslim oldular? Bunu müzakirə etmək lazımdır. Təxliyyə başa çatan kimi öyrənilən dərsləri gözdən keçirməliyik.

Əfqanıstanın çöküşünü görmək məni kədərləndirir.

2001-ci ildə terror təhdidi səbəbindən Əfqanıstana gedilmişdi. İndi idarəçiliyi ələ keçirənlərin məsuliyyəti terror təşkilatının təkrar kök salmasına icazə verməməkdir.

Qəzəbi başa düşürük. Amma əvvəldən planımız həmişəlik qalmaq deyildi. Yerli gücü formalaşdırıb ayrılmaq məqsədimiz vardı. Məsuliyyət bir az da bu qədər tez təslim olan əfqan siyasi liderliyi və ordusunun üstündədir.

ABŞ Talibanla geri çəkilmə müqaviləsi imzaladıqdan sonra digər NATO üzvləri də hərbi çəkilməni dəstəklədi. Risklərin fərqində idik. Amma sonsuza qədər mübarizə aparmaq yerinə siyasi bir keçid və humanitar yardıma əsaslanan dəstək planlaşdırdıq. Ancaq belə sürətli çöküş gözləmirdik”.

Stoltenberqin sözlərinə görə, indiki mərhələdə ən vacibi hava limanını açıq saxlamaqdır:

“Yeni administrasiya ölkəni tərk etmək istəyənlərə icazə verməlidir. İndi NATO hava limanını açıq saxlamaq və təxliyyəni davam etdirmək üçün çalışır”.

Xəbər 2779 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +