Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


10.11.2021  15:48 

“Əmək haqqı məsələsinə yenidən baxılmalıdır” - Deputat





A+  A-

“Büdcənin müzakirə sistemi dəyişdirilməlidir”.

XezerNews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

S. Rüstəmxanlı bildirib ki, komitələrdə müzakirələrlə bağlı ümumi rəy hazırlanmalı və təqdim olunmalıdır: “Dövlət və hökumət nümayəndələrinin, deputatların təkrar çıxışları olmamalıdır”.

Deputat qeyd edib ki, yanacağın qiymətinin qalxması ilə əlaqədar bütün ərzaq məhsullarının da qiyməti qalxır: “Həm yaşayış minimumu, həm də orta aylıq əməkhaqqı məsələsinə yenidən baxılmalıdır”.

S. Rüstəmxanlı yeni strukturların yaranmasına da toxunub: “Büdcədən maliyyələşən təşkilatların sayını artırmaqla məşğuluq. Biz bu sayı azaltmalıyıq”.

Xəbər 2096 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +