“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


06.03.2017  17:11 

OPEC-dən Azərbaycanla bağlı AÇIQLAMA





A+  A-

OPEC-in Monitorinq Komitəsi hasilatın azaldılması üzrə öhdəliyin icrasında Azərbaycanın aparıcı rol oynadığını bəyan edib.
Energeyika Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı ildə Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmaya uyğun olaraq Azərbaycan cari ilin fevral ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Birgə Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin fevral ayı ərzində Respublika üzrə gündəlik neft hasilatı 776,4 min barrel olub. Bunun 726,4 min barrelini xam neft, 50,0 min barrelini isə kondensat təşkil edib. Gündəlik 604,1 min barrel xam neft, 50,0 min barrel kondensat, 26,8 min barrel isə neft məhsulları ixrac edilib. Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, yanvar ayı ərzində Respublika üzrə gündəlik neft hasilatı 793,9 min barrel olub.
OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsindən Energetika Nazirliyinə daxil olmuş məktubda Azərbaycanın anlaşmaya 214 % əməl etməsi qeyd edilərək, ölkəmizin mövqeyi təqdir edilib. Bildirilir ki, Azərbaycan bu prosesdə aparıcı rol oynayan ölkələrdən biridir və belə ölkələrin töhfələri olmadan OPEC və kartelə üzv olmayan ölkələr yanvar ayında hasilatın azaldılması ilə bağlı öhdəliyi 86 % -dən az yerinə yetirəcəkdi.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq hasilatın 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Xəbər 2758 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +